Axtaran Adam

#19 İnsan yönümlü şəhərlər və Bakı - Axtaran Adam

Informações:

Sinopsis

Avropanın və Bakının ən İnsanyönümlü podcastı olmağa namizədliyini irəli sürən Axtaran Adam podcastı sizi salamlayır. Hal hazırda siz 2023-cü ilin mart ayında edilmiş səsyazmanı dinləyirsiniz. Bu bölümdə qonağımız Coşqun Mehdiyev ilə birgə aşağıdakı suallara cavab tapmağa çalışdıq:“İnsan yönlü şəhər” (human-centred urbanism) nə deməkdir?Şəhərlərdəki əsas problemlər hansılardır? (hava və səs çirkliliyi, nəqliyyat sıxlığı, infrastruktur çatışmazlıqları)Dövlət və fərdi şəxslər olaraq nələr edə bilərik?Parkların, yaşıl sahələrin rolunu necə qiymətləndirmək olar?Avropa (xüsusən Berlin) təcrübəsindən hansı yaxşı nümunələri gətirmək olar?Şəhər nəqliyyatında “city-pass” kart sistemləri necə işləyir?Pandus, piyada keçidləri, velosiped/skuter yolları və əlçatanlıq məsələlərini necə həll etməliyik?Yeraltı və yerüstü piyada keçidləri harada və necə təşkil edilməlidir?Parkların dizaynı hansı tələblərə cavab verməlidir?Şəhər planlamasında tarif modelləri və abunə sistemləri necə qurulmalıdır?Urban Space Baku proqramı nədir